* Cəbrayılın tarixi
      * Coğrafi mövqeyi
       * Kənd təsərrüfatı
     * Mədəniyyət abidələri

        * Statistik məlumatlar
        
   <#>  Itkin düşənlər
        
<#>  Milli qəhrəmanları
      
  <#> Dəymiş ziyan barədə
             (təxmini məlumat
)
          
<#> Rayonun yetişdirdiyi
            
görkəmli şəxslər
      * Təbiəti
        * Şəkillər
        * İdman
        * Yaradıcılar






























 

 

         “Xudafərin”  komandası


 Cəbrayılda idmanın ayrı-ayrı növlərində maraq həmişə güclü olub.İdmanın şahı sayılan futbol isə rayonun özündə ayrı-ayrı kəndlərdə xüsusi populyarlıq daşıyıb.O illərdə Cəbrayılın “Çinar” yığma futbol

 komandası respublika 1-ciliyinin 1-ci dəstəsində çıxış edirdi.Sonralar “Çinar” adı dəyişdirildi  yeni adla “Xudafərin” adlandırıldı.Onu da qeyd edək ki, həmin müddətdə Cəbrayıl rayonunda daha bir komanda yaradıldı.Mərcanlı kəndində təşkil olunan eyni adlı komanda kəndin imkanlı şəxsləri tərəfindən maliyyələşdirilirdi, sonralar Azərbaycan 1-ciliyində çıxış etməyə başladı Lakin iki mövsüm respublika 1-ciliklərində uğurla çıxış etdikdən sonra “Mərcanlı” yerli fanatların çılğınlığı ucbatından çempionatdan kənarlaşdırıldı. “Xudafərin” isə 1993- ildə erməni işğalçıları Cəbrayılı işğal etdikdən sonra fəaliyyətini dayandırdı. Amma 1998-ci ildə klub Böyük Mərcanlı kənd sakini Eldəniz Həşimov tərəfindən yenidən bərpa edildi. “Xudafərin” in artıq internet saytı fəaliyyət göstərir.Hələlik klubun əsas komandası rəsmi yarışlarda iştirak edə bilmir.Buna səbəb təbii ki, qaçqın rayonun insanlarının maliyyə vəziyyətinin aşağı səviyyədə olmasıdır.Onu da qeyd edək ki, ötən il  “Xudafərin” Azərbaycan çempionatının güclülər dəstəsində çıxış etmək istəyirdi lakin sonradan vəd olunan maddi dəstəyi əldə edə bilmədiyinə görə klub hətta 1-ci dəstədən kənarda qaldı.İndi “Xudafərin” yenidən Azərbaycan çempionatının yüksək dəstəsində çıxış etmək niyyətindədir.Lakin klub hələdə maddi sıxıntılar qarşısındadır.İndi Cəbrayılın adını daşıyan komandanın vətənpərvər insanlarının, rayonun ölkənin imkanlı adamlarının köməyinə ehtiyacı var. İnanırıq ki,  ölkəmizdə futbolun inkişafı başlayandan sonra “Xudafərin” komandası da o zaman öz sözünü deyəcək... .

 


































  Bakı – Azərbaycan @ 2003                         WebMasters :  Vüqar Əvəzov &  Səbuhi Bayramov