* Cəbrayılın tarixi     
       * Kənd təsərrüfatı
      * Mədəniyyət abidələri

        * Statistik məlumatlar
        
   <#>  Itkin düşənlər
        
<#>  Milli qəhrəmanları
      
  <#> Dəymiş ziyan barədə
             (təxmini məlumat
)
          
<#> Rayonun yetişdirdiyi
            
görkəmli şəxslər
      * Təbiəti
        * Şəkillər
        * İdman
        * Yaradıcılar


 

 






 

 







 














Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində Araz çayının sol sahilində-sənub tərəfdən İran İslam Respublikası, cənub-şərqdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir.Cəbrayıl  rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülmüşdür.

Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökumdarın yaxın adamlarından biri olmuş Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya onun övladlarına məxsus olub.Cəbrayıl kəndinin şimalında "Cəbrayıl ata" adı ilə məşhur olan bu məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir ki, oradakı məzar qədim yaşayış yerlərinin izləri indiyə qədər qalır.Cəbrayıl  ərazisi Midiyi (e.ə VII-IV əsrlər), Əhmənilər imperiyasının (e.ə IV-III əsrlər), Albaniya (e.ə IV -III əsrlər) dövlətinin tərkibində olmuşdur.   1841 -ci ildə Cəbrayıl ərazisi Mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir.

Bu dövürdə Cəbrayıl qəzasının ərazisi 66,3 min kv.km, əhalisi 66360 nəfər olmuşdur.Qəza indiki Füzuli, Xocavənd, Qubadl, Zəngilan ərazilərini əhatə edir.Cəbrayıl da baramaçılıq, xalçaçılıq ilə məşhur olmuşdur.Qəzada 5 ipək fabrik olub.1930-cu il avqustun 8-də məreəzi Cəbrayıl kəndi olmaqla, Cəbrayıl rayonu təşkil edildi.Rayonun ərazisi indiki hüdudları daxilində sahəsi 1050 kv.km, əhalisi 24300 nəfər olmuşdur.Cəbrayıl  rayonunun ərazisi maddi və mədəni abidələrlə zəngin olmuşdur.Bunlardan Dağ-Tumas kəndi yaxınlığında yerləşən "Divlər Sarayı" mağarası, Qalacıq kəndindəki "Məscid Təpəsi",

 "Canqulu" və "Qumtəpə"kurqanları, Tatar kəndi yaxınlığındakı Qızılqaya dağındakı Sigeon tikintisi, Şıxlar kəndi yaxınlığında "Şəhərcik qalıqlar", "Qışlaq yerləri", Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Dağtumas kəndindəki "Başıkəsik Gümbəz" Sirik kəndindəki "Qala", "Qala", Diri dağındakı "Qız qalası", Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki "Sultan Məcid hamamı", Şıxlar kəndindəki "Dairəvi Türbə", Xubyarlı kəndindəki "Dairəvi" 8 guşəli türbələr və məqbərələr , türk  qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir.Rayonun ərazisi sement istehsalı üçün qiymətli xammal ilə, mərmər və başqa tikinti matiriyalları ehtiyatları, dəmir filizi, hətta neft yataqlarının olduğuda məlumdur.Əhali əsasən işğaldan əvvəl əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul idi.rayonda tikiş, xalça, cihazqayırma sexləri və müxtəlif sənaye obyektləri fəaliyyət gostərirdi.İşğaldan əvvəl rayonda 510 çarpayılıq xəstaxana birləşmələri, 72 məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 

kitabxana və s. fəaliyyət göstərirdi.Uzun illər Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsində işləmiş Teymur Quliyev, azərbaycan KPMK-nın katib vəzifəsində işləmiş Həsən Həsənov, uzun illər Azərbaycan Respublikasının maarif naziri olmuş, SSRİ Pedoqoji  Elmlər Akademiyasının akademiki Mehdi Mehdizadə, rəhbər partiya və sovet orqanlarında mühim vəzifələrdə çalışmış 

Yəhya Ağakişiyev, Svetlana Qasımova  Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezdenti olmuş  akademik Əşrəf Hüseyinov, keçmiş SSRi hökumətinin Türkiyə səfirliyinin əməkdaşı olmuş Qaryağdı Həsənov və başqaları bu torpağın yetişdirmələridir. Hal-hazırda Azərbaycan Respublikası Baş Nazirinin müavini, Dövlət Qaçqınkomun sədri Əli Həsənov, Milli Bankın prezdenti vəzifəsində işləyən Elman Rüstəmov da Cəbrayıl rayonunun yetişdirmələridir ...

Bakı Azərbaycan @ 2003                WebMasters :  Vüqar Əvəzov &  Səbuhi Bayramov       www.cebrayil.20m.com